Gəncənin taxta bazarında dəhşətli yanğın olub

Gəncənin taxta bazarında dəhşətli yanğın olub
27 Avqust 2019
Mətni dəyiş

Ötən gecə Gəncədə "Daşqın" taxta bazarında güclü yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. 

Məlumata görə, alov iki hektar ərazini əhatə edib. Burada 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb.

Bazarın digər satış obyektləri yanğından mühafizə olunub. Yanğın saat yarım sonra söndürülüb.

Qeyd edək ki, bir həftə əvvəl Bazarda taxta bazarında yanğın baş verib. Yanğının səbəbi açıqlanmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun