'Gəncə işi' məhkumunun məktubu: "İşgəncələr və alçaldıcı hərəkətlər bir neçə ay davam etdi"

'Gəncə işi' məhkumunun məktubu: "İşgəncələr və alçaldıcı hərəkətlər bir neçə ay davam etdi"
8 Avqust 2019
Mətni dəyiş

Avqustun 7-də vetenugrunda.az saytı "Gəncə işi" üzrə mühakimə olunan Şahin Verdiyevin məktubunu dərc edib.

Həbsxanadan anaya göndərilən məktubda Ş.Verdiyev həbs edildikdən sonra ona verilən dəhşətli işgəncə faktlarını açıqlayıb.

Məktubda deyilir ki, 2018-ci il iyulun 10-da Şahin Verdiyev Gəncənin mərkəzində baş verən hadisələrin təsadüfən şahidi olub. Dostu Elmir Hüseynzadə ilə birlikdə İcra Hakimyyətinin yanında olarkən camaatın "Gəncə" otelinə tərəf getdiyini görüb. Görüblər ki, polislər kimisə əllərinin üstündə aparır.

"Adamlar ora-bura qaçırdılar, qışqırırdılar və biz oradan uzaqlaşmaq qərarına gəldik", - Ş.Vəliyev yazıb.

Bir neçə gündən sonra Tərtər rayonunun Xoylu kəndində polis onu saxlayıb və əlləri bağlı vəziyyətdə Gəncəyə aparıb.

Polis İdarəsində Ş.Verdiyevə video göstərərək videodakı şəxsin o olub-olmadığını və orada nə etdiyini soruşublar. Ş.Vəliyev müsbət cavab verib və deyib ki, təsadüfən şahid olub. Bundan sonra bir neçə nəfər onu döyməyə başlayıb.

Bir neçə sutka onu döyüb, əziyyət veriblər. Ondan tələb ediblər ki, iğtişaşların təşkilatçılarını, əsasən saxlanma zamanı ölən Rəşad adlı şəxsi tanıdığını etiraf etsin.

"Mən həmin adamı tanımıram dediyimdə təkrar döyməyə başladılar, huşumu itirənə qədər döydülər. Oyandığımda həkimlər iynə vurdular, dedilər ki, vəziyyətim pisdir. Ancaq polis onlara əmr etdi ki, məni ayıldıb, özləri getsinlər", - Ş.Vəliyev yazıb.

Şahin Verdiyevin sözlərinə görə, döyülmə elektrotok və elektroşoker cəhdləri ilə əvəzlənirdi.

"Vaxtaşırı mülki geyimli naməlum şəxslər gələrək ifadəni imzalamağı tələb edirdilər. Həmin ifadələrdə nə yazıldığını oxumaq cəhdi döyülmə ilə başa çatırdı. Özünü mənim vəkilim adlandıran şəxs isə baş verənləri sakitcə izləyirdi", - Ş.Vəliyev yazıb.

Bu cür işgəncələr və alçaldıcı hərəkətlər bir neçə ay davam edib. İyulun 25-də Ş.Vəliyevi həbs olunan digər şəxslərlə birlikdə Kürdəxanı təcridxanasına aparıblar.

Qeyd edək ki, bu, "Gəncə işi" üzrə həbs edilənlərə verilən işgəncə ilə bağlı həbsxanadan göndərilən ilk məktub deyil.

2018-ci il iyulun 3-də Gəncə sakini Yunis Səfərov şəhər meri Elmar Vəliyevə silahlı hücum edib. Buna icra başçısının sakinləri müntəzəm olaraq təhqir etməsi, alçaltması səbəb olub.

İyulun 10-da şəhər sakinləri Yunis Səfərovu dəstəkləmək üçün mitinqə toplaşıblar. Hakimiyyət bu aksiyanı dini radikallar tərəfindən hakimiyyətin zəbt edilməsinə cəhd kimi qəbul edib və onun iştirakçılarını terrorçu elan edib. Nəticədə 70-dən çox adam həbs olunub, beş nəfər öldürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun