Ermənistan snayperi Sərhəd Xidmətinin maşınını atəşə tutub

Ermənistan snayperi Sərhəd Xidmətinin maşınını atəşə tutub
30 Avqust 2019
Mətni dəyiş

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Azərbaycan-Ermənistan dövlət sərhədində, təmas xəttində yerləşən “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin Mətbuat Mərkəzi bildirib ki, avqustun 29-da saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki Azərbaycanın sərhəd döyüş məntəqəsi snayper atəşinə tutulub.

Məlumata görə, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun