Dərbənddə Nizami Gəncəvinin heykəli qoyulacaq

Dərbənddə Nizami Gəncəvinin heykəli qoyulacaq
16 Avqust 2019
Mətni dəyiş
Dərbəntdə Nizami Gəncəvinin heykəli ilə bağlı ən yaxşı eskiz müsabiqəsinin qalibi bəlli olub. Jüri heyəti üçün Dağıstan, Mərkəzi Rusiya və başqa yerlərdən olan cəmi beş heykəltaraş eskiz təqdim edib. Bu haqda Dağıstan azərbaycanlılarının saytı olan "Terkeme.ru" xəbər verir. Xəbərə görə səsvermənin nəticəsində Rusiya İncəsənət Akademiyasının üzvü, Dağıstan Respublikasının milli rəssamı, dövlət mükafatı lauriyatı heykəltaraş Maqomed-Ali Maqomedovun eskizi qalib gəlib. Heykəldə Nizami Gəncəvi oturmuş vəziyyətdə və bir əlində kağızla təsvir olunub. Heykəl Dərbəndin Nizami Gəncəvi adına parkında qoyulacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun