Cəbhə xəttində erməni əsgər Azərbaycan tərəfə keçib

Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç saxlanılıb.

Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, Azərbaycan tərəfə keçən əsgər dindirilib.

İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Rəsmi açıqlamada deyilir ki, erməni əsgəri A.X.Kazaryan uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalıb.

Məlumata görə, təzyiqlər nəticəsində Kazaryanın baş nahiyəsində hematomalar və bədənində yaralar əmələ gəlib.