Bu il Neft Fondunun xərcləri 4 milyard, qazancı 10 milyard manat olub

Bu il Neft Fondunun xərcləri 4 milyard, qazancı 10 milyard manat olub
2 Avqust 2019
Mətni dəyiş
2019-cu ilin ilk yarısında Azərbaycan Dövlət Neft Fondunun (ADNF) büdcə gəlirləri 10 milyard 698.3 milyon manat, xərcləri isə 4 milyard 499.4 milyon manat təşkil edib. Bu barədə Fondun avqustun 2-də yaydığı məlumatda yazılıb. Məlumata görə, Fondun gəlirlərinin 8 milyard 557.1 milyon manatı neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə edilib. Qalan hissəni bonus ödənişləri, tranzit və başqa gəlirlər təşkil edib. Xərclərin əsas hissəsi dövlət büdcəsinə transfert olunub. 2019-cu il iyunun sonuna aktivlər (38 milyard 515.2 milyon ABŞ dolları) ilin əvvəlinə nisbətən 10.25 faiz artaraq, 42 milyard 463.7 milyon ABŞ dollarına çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun