Baş redaktor məhkəməyə etiraz olaraq beş gündür aclıq edir

Baş redaktor məhkəməyə etiraz olaraq beş gündür aclıq edir
13 Avqust 2019
Mətni dəyiş

'Realliq.info' saytının redaktoru İkram Rəhimov təcridxanada quru aclığı davam etdirir.

Bu barədə redaktorun yaxınları məlumat verib. Bildirilir ki, o, təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.

Mənbənin məlumatına görə, İ.Rəhimov aclıq elan etdikdən sonra karserə salınıb.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Həmçinin vəkil xahiş edib ki, həmin səbəbdən İ.Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatət təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İ.Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun