Almaniya plastik paketləri tamamilə qadağan etmək istəyir

Almaniya plastik paketləri tamamilə qadağan etmək istəyir
24 Avqust 2019
Mətni dəyiş
Almaniya Ətraf-Mühit Naziri Svenja Schulz ölkə miqyasında plastik paketləri tamamilə qadağan edəcək qanun layihəsi üzərində işlədiklərini bilrdirib. Schulz Almaniyada indiyədək plastik paketlərlə mübarizə aparmaq üçün qəbul edilmiş qadunların gözlənilən nəticələri vermədiyini bildirib. “Bild am Sonntag” qəzetinə müsahibə verən Schulz: “Plakstik paket istifadəsi kifayət qədə azalsa da yaxın zamanda  bir qanun qəbul edərək tamamilə qadağan etmək istəyirik” – deyib. Lakin, nazir qanunun qəbulu il bağlı dəqiq vaxt deməyib. Almaniya Paketləmə Sferası Araşdırma Təşkilatının məlumatına görə 2018-ci ildə Almaniyada hər adam başına 24 plastik paket istifadə olunub. 2017-ci ildə bu rəqəm 29, 2016-cı ildə isə 45 olub. Həmçinin xəbərə görə Avropa Birliyi ölkəsi vətəndaşları bir ildə təqribən 200 plastik paket istifadə edir. Bu paketlərdən 89 faizi cəmi bir dəfə istifadə olunur. Avropada hər il 100 milyar ədəd birdəfəlik paket istifadə olunur. Belə paketlər karbon qazı kütləsinin və ətraf-mühitin kirlənməsinin başlıca səbəblərindəndir. Avropa Birliyi Komissiyası 2015-ci ildə plastik paketlərin istifadəsini azaltmaq üçün xalqa təlimat yaymışdı. Məqsəd 2025-ci ilə qədər adambaşına birdəfəlik paket istifadəsini 40-a endirməkdir. Bu məqsədlə AB ölkələri əlavə vergilər tətbiq etməyi hədəfləyirlər.. Avropa ölkələri plastik paketlərin istifadəsində indidən xüsusi bir azalma olduğunu bəyan edir. AB vətəndaşlarının 7 faizi birdəfələri plastik paketlərin istifadəsini azaltdıqlarını deyirlər. Avropa Birliyi plastiklə mübarizə üçün ildə 5,5 milyard avro büdcə ayırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun