Alimlər kosmosun dərinliklərindən gələn sirli radiosiqnallar qeydə alıblar

Alimlər kosmosun dərinliklərindən gələn sirli radiosiqnallar qeydə alıblar
14 Avqust 2019
Mətni dəyiş
Astronomlar kosmosta səkkiz dəfə təkrarlanan radiosiqnalı tutublar. Belə radiosiqnallar FRB yəni "Sürətli radioşüalar" adlanır. Radiosiqnalların mənbələri hələlik bilinmir, ancaq alimlər düşünür ki, siqnallar təbii varlıqlar tərəfindən göndərilib. Bu haqda Amerikada çap olunan "Science Alert" adlı elmi jurnal məlumat verir. Alimləri sözlərinə görə iki radiosiqnal FRB 180916 və FRB 181119 iki dəfədən çox yayımlanıb (birinci siqnal on dəfə, ikinci siqnal iki dəfə), qalan siqnalları isə hərəsini bir dəfə 20 saat fasilə ilə qeydə alıblar. Alimlər sürətli radioşüaların çoxunun təkrarlandığını, bəzilərinin isə o birilərinə nisbətən xeyli aktiv olduğunu deyirlər. Alimlər radiosiqnalları öyrənərək onları buraxan mexanizmlə bağlı məlumat verməyin mümkün olduğunu düşünürlər. Məsəlçün, FRB 180916 siqnalının ən zəif siqnal olduğu və digərlərinə görə yerə çox yaxın bir mənbədə yerləşdiyi müəyyənləşdirilib. Sürətli radioşüalar cəmi bir neçə millisaniyə davam edir və kosmik məkanda nəhəng enerji ayrılması ilə müşayət olunur. Bəzi alimlər belə radiosiqnalları hansısa dəhşətli qəza vəziyyətində yarana biləcəyini düşünür, məsələn hardasa bir ulduzda partlama nəticəsində. Lakin, bəzi radioimpulsların müəyyən zaman fasiləsi ilə təkrarlanması onların mənbəyi haqda fərqli cür düşünməyə səbəb olur. Məsəkçün FRB 1211012 adlı siqnalın hansısa neytron ulduzundan gəldiyi düşünülür, bu siqnal indiyə kimi 2012, 2015 və 2017-ci illərdə kainata göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun