Ukrayna Qara Dənizdə rus gəmisini girov götürüb

Ukrayna Qara Dənizdə rus gəmisini girov götürüb
25 İyul 2019
Mətni dəyiş
Ukrayna Təhlükəsiz Xidməti İzmail limanında "Nika Spirit" adlı rus tankerini həbs edib. Təhlükəsizlik Xidməti hesab edir ki, məhz bu tanker Kerç boğazında baş vermiş insident zamanı Ukrayna gəmisinin önünü kəsərək onun hərəkətinə mane olub və nəticədə Ukrayna gəmisi dənizçilərlə birlikdə ruslar tərəfindən həbs olunub. Bu haqda "Amerikanınsəsi" radiosunun rus xidməti məlumat yayıb.
Təhlükəsizlik Xidmətinin məlumatına görə məhkəməqabağı tədqiqatlar zamanı məlum olub ki, məhz "Nika Spirit" gəmisi Kerç boğazında Ukraynaya məxsus "Nikopol", "Berdyansk" gəmilərinin və "Yan Kapu" adlı buksirin önünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin əmri ilə kəsib və ukrain gəmilərinə qarşı aqressiya göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun