Siyasi məhbusların işinə çıxan vəkilə qarşı intizam icraatına başlanılıb

Siyasi məhbusların işinə çıxan vəkilə qarşı intizam icraatına başlanılıb
11 İyul 2019
Mətni dəyiş

Vәkillәr Kollegiyasında vәkil Elçin Sadıqov barәsindә intizam icraatı başlanıldı.

Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn Sadıqov qeyd etdi ki, bununla bağlı Vәkillәr Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət olundu vә aqressiv münasibәtlә qarşılaşdı. "Məlum oldu ki, iyunda Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Qasımova Kamalə Elxan qızı barəmdə şikayət yazılıb. Guya mәn onun barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymışam. Mәn isә bildirmişәm ki, statusda Qasımova qarşı heç bir nüfuzdan salan ifadə işlətməmişәm vә vətəndaş və vəkil olaraq ifadə azadlığı hüququm var". Lakin buna baxmayaraq, vәkil barәsindә intizam icraat başlandı. Sadıqovun sözlәrinә görә, icraatәn әsl sәbәbi Avropa İttifaqının Prezidenti Donald Tuskla və Avropa Şurasının İnsan Hüquqları Komissarı Dunja Mijatoviclə görüşü ola bilәr. "Yәqin fikirlәşirlәr ki, vəkilliyin vəziyyətini tənqid etmişəm". Mәsәlә ilә bağlı Vәkillәr Kollegiyasından münasibәt öyrәnmәk hәlә ki, mәlum olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun