Sabirabad rayonunun mərkəzi bazarı yanıb

Sabirabad rayonunun mərkəzi bazarı yanıb
16 İyul 2019
Mətni dəyiş
İyulun 16-da səhər saatlarında Sabirabad rayonunda Mərkəzi bazarda yanğın baş verib. Bu barədə FHN-in məlumatında deyilir. İlkin məlumata görə, yanğın nəticəsində bazar ərazisində iki mağaza və 1300 kv.m. sahədə piştaxtalar yanıb. Yanğının söndürülməsinə 11 ədəd texnika cəlb edilib. Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub. Yanğının başvermə səbəbləri, və xəsarət alanlar barədə açıqlama verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun