Rusiyanın işğal etdiyi Krımda tatar jurnalist öldürülüb

Rusiyanın işğal etdiyi Krımda tatar jurnalist öldürülüb
12 İyul 2019
Mətni dəyiş

Rusiyanın işğal etdiyi Baxçasarayda yaşayan Krım tatarı jurnalist Fəxri Mustafayev  ölü tapılıb. 

Bu barədə yerli jurnalist Şövkət Namatullayev xəbər yayıb. Onun sözlərinə görə, jurnalisti öldürüb sonra da basdırıblar.

"Fəxri Mustafayevi Baxçasaray rayonunun Aramatnoye kəndində öldürüb, dəfn ediblər. Yaxınlarının bildirdiyinə görə, o, iyulun 10-u səhər saat 9:00-da telefonla danışandan sonra evdən çıxıb və Simferopol şəhərinə işə gedəcəyini deyib".

Məlumata görə, ailə üzvləri Fəxri Mustafayev evdən çıxdıqdan yarım saat sonra onunla əlaqəni itiriblər.

Ş.Namatullayev bildirib ki, iyulun 11-i Baxçasaray rayonunun Aromatnoye kəndində jurnalistin meyiti tapılıb.

Məlumata görə, 38 yaşlı Krım tatarı Fəxri Mustafayevin üç övladı olub.

Jurnalist qeyd etdi ki, Fəxri Mustafayev Krım Tatar Milli Məclisinin nümayəndəsi və Baxçasaray Məclisinin üzvü Mustafa Mustafayevin oğlu idi.

Rusiya Ukraynanın Krım Muxtar Respublikasını və Sevastopol şəhərini 2014-cü ildə işğal edərək özünə birləşdirib, Donbas bölgəsində – Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə iki işğalçı rejim qurub. Bu separatçı rejimlər özlərini müstəqil dövlət sayır.

Krım türkləri 1944-cü ildə tam deportasiya ediliblər. Onların tarixi vətənlərinə qayıdışı 1987-ci ildən başlayıb. Rusiya 2014-cü ildə Krımı işğal edən zaman 2 milyona yaxın əhalinin 12,1 faizi tatarlar olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun