Rusiya istehsalı 'FaceApp' təhlükəsizliklə bağl şübhələr oyadır

Rusiya istehsalı 'FaceApp' təhlükəsizliklə bağl şübhələr oyadır
19 İyul 2019
Mətni dəyiş

Sosial şəbəkələrdə rus mənşəlli bir şirkətin hazırladığı 'FaceApp' mobil əlavəsi sürətlə populyarlıq qazanmaqdadır. 'FaceApp' istifadəçilərin yüklədiyi şəklinə əsaslanaraq yaşını yaxud cinsini dəyişdirir.

Bu proqramın köməkliyi ilə montaj olunmuş fotoları hətta beynəlxalq aləmdə məşhur olan insanlar bu proqramla effekt verilmiş şəkillərini çəkib sosial şəbəkədə paylaşırlar. 'AppStore'-da isə adıçəkilən proqramın yüklənmə sayı 'Instagram' və 'Whatsapp'-ı da ötüb.

Eyni zamanda sürətlə istifadəsi artan proqram məlumatların konfidensiallığının pozulması məsələsində şübhələr oyatmağa başlayıb, buna görə də ABŞ höküməti dərhal Federal Təhlükəsizlik Bürosuna FaceApp-ı araşdırmağa və milli təhlükəsizliyə hər-hansı bir təhdid yaradıb, yaratmamasını öyrənmək göstərişi verib.

Araşdırmalar onu göstərib ki, proqram 2017-ci ildə Peterburqdakı "Wireless Lab" şirkəti tərəfindən yaradılıb. Proqram çıxan kimi onun irqçi filtrinə görə etirazlara səbəb olmuşdu.

İstifadəçilərin sözlərinə görə proqram qara dərili insanın dərisini ağardırmış. Bir neçə həftə sonra istifadəçilər başqa bir cəhətinə görə də proqramı tənqid etməyə başlayıb. Belə ki, proqramda etnik kimliyi "dəyişdirmək" funksiyası da var imiş.

Keçən həftə proqram yenə də populyarlaşaraq diqqət mərkəzinə düşüb. Sosial Şəbəkələrdə FaceApp-ın icazəsiz olaraq istifadəçilərin şəkillərini götürüb öz serverlərində saxladığı haqda şaiələr yayılıb.

İş orasındadır ki, FaceApp-ın müştəri razılaşmasında deyilir ki, şirkətin proqramda istifadə etdiyi analitik alətlər məhsulu daha da təkmilləşdirmək üçün istifadəçinin girdiyi veb-saytları və s. məlumatları da əldə edib saxlayır.

[caption id="attachment_80052" align="alignleft" width="300"] FaceApp proqramı vasiyəsilə yaşlandırılmış dünyaca məşhur şəxslər.[/caption]

FaceApp sözçüsünün bəyanatına görə sə şirkət məlumatları götürmür, sadəcə trafiki analiz edir.

"Biz sizin məlumatları üçüncü tərəfə verməyəcəyik, yaxud da satmayacağıq. Bununla belə proqram informasiyalardan kənar reklamları proqramda vermək üçün istifadə edə bilər".

Kibertəhlükəsizlik üzrə fransalı ekspert Batista Robert "Euronews"ə deyib ki, "FaceAppın sahibi olan şirkətin konfidensiallıq siyasəti kifayət qədər qaranlıqdır.

İstifadəçinin şəxsi məlumatlarının proqram tərəfindən götürülməsi haqda bizim əlimizdə hansısa fakt yoxdur, çünki bir qayda olaraq istifadəçi proqrama hansı şəkilləri seçib yükləyirsə proqram onları qəbul edir".

Həmçinin, Robert deyir ki, proqram məlumatların qorunması üzrə ümumi reqlamentin tələblərini pozur. Bu reqlament Avropa Birliyi vətəndaşlarının şəxsi məlumatlarının qorunması üzrə qaydaları özündə ehtiva edib.

Belə ki, bir nəfərin məlumatlarını götürə bilmək üçün əvvəlcə proqram istifadəçiyə proqramda qeydiyyata keçmək tələbi qoymalıdır, FaceApp isə belə bir tələb qoymur.

FaceApp-ın yaradıcılarının media üçün açıqlamasında isə deyilir ki, proqramın məlumat buludu ancaq fotoların işlənilməsi üçün istifadə edilir və oraya yalnız istifadəçilərin proqrama yüklədiyi fotolar düşür.

"Biz heç bir zaman istifadəçinin yüklədiyindən başqa fotoları telefondan götürüb buludumuza yükləmirik" - deyə Face App yaradıcılarının bəyanatında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun