Rus müxalifətinin liderinin naməlum kimyəvi maddə ilə zəhərləndiyi deyilir

Rus müxalifətinin liderinin naməlum kimyəvi maddə ilə zəhərləndiyi deyilir
29 İyul 2019
Mətni dəyiş

Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalni keçən həftə 30 sutkalıq həbs olunandan sonra dünən həbsxananın müalicə bölməsinə köçürülüb.

Bu haqda müxalif "Dojd" telekanalı xəbər yayıb. Məlumata görə, müxalifət liderində  kəskin zəhərlənmə simptomları var.

Həkimlər Navalnının  kimyəvi maddə ilə gözlərinin xəsarət aldığını deyiblər. Müxalif lideri müayinə edən həkimi Anastasiya Vasilyeva facebook hesabında yazıb.

Onun sözlərinə görə, siyasətçinin dərisi və gözünün naməlum kimyəvi maddə ilə toksik zəhərlənməyə məruz qaldığı istisna edilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun