Rus müxalifət lideri Navalni həbsdən buraxılıb

Rus müxalifət lideri Navalni həbsdən buraxılıb
11 İyul 2019
Mətni dəyiş

Rusiyanın müxalif siyasətçisi və antikorrupsiya bloqeri Aleksei Navalny 10 günlük həbsdən buraxılıb. O, razılaşdırılmamış aksiyada iştirak etdiyi üçün bu cəzaya məhkum edilmişdi.

Navalny həbsdən çıxan kimi jurnalistlərə deyib ki, özünün və digər fəalların həbsə salınması qanunsuz olub. Onlar iyunda bir jurnalistin saxlanmasından sonra hakimiyyətə təzyiq məqsədilə keçirilən yürüşə qatılmışdılar.

Azadlıq Radiosunun məlumatına görə, Navalny sentyabrda Moskva Şəhər Dumasına seçkiyə qeydiyyat zamanı problemlərlə üzləşən müstəqil namizədləri dəstəkləyəcəyini bildirib.

Müstəntiqlər Navalny-nin 12 iyun aksiyasından şüar səsləndirdiyini deyirdilər. Araşdırmaçı jurnalist Ivan Golunov-a dəstək məqsədilə keçirilən yürüşdə 200-dən çox adam saxlanmışdı.

Golunov isə iyunun 11-də buraxıldı, ona qarşı narkotik ittihamlarına dəlil olmadığı açıqlandı. Bu il Navalny birinci dəfədir saxlanır. O, son illər 12 dəfə həbs olunub, ümumilikdə 200 gündən artıq həbs cəzası çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun