Polşa İkinci Dünya Müharibəsinin 80 illiyi mərasiminə Putini dəvət etməməyə qərar verib

Polşa İkinci Dünya Müharibəsinin 80 illiyi mərasiminə Putini dəvət etməməyə qərar verib
19 İyul 2019
Mətni dəyiş
Polşa bu il Varşavada İkinci Dünya Müharibəsinin 80 illiyini qeyd etməyə hazırlaşır. Lakin, Polşa höküməti Rusiya prezidenti Vladimir Putinin bu tədbirdə iştirakını yersiz sayaraq onu mərasimlərə dəvət etməməyə qərar verib. Polşanın Baş Nazirinin müavini Yaçek Sasin dünən Polşa İctimai Radiosu olan "Polskie Radio 24"ün efirində deyib ki, "Polşaya qarşı silahlı aqressiya göstərilməsinin il dönümünə indi də qonşuları ilə eyni cür rəftar edən bir ölkənin rəhbərini dəvət etməyi yersiz sayıram". Sasin həm də deyib ki, ABŞ prezidenti Donald Trampın da mərasimdə iştirakı gözlənilir. Baş nazirin müavini həmçinin qeyd edib ki, Varşavadakı mərasim üçün dünya liderlərinin əksəriyyətinə dəvətnamələr göndərilib. Qeyd edək ki, Polşanın İkinci Dünya Müharibəsinin başlanmasının xatirəsinə həsr olunmuş mərasimə Rusiya prezidentini çağırmayacağı artıq 2019-cu ilin mart ayından bilinirdi. O zaman Polşa prezident dəftərxanasının rəhbəri Pavel Mux demişdi ki, Varşavadan dəvətnamələr ancaq Avropa Birliyi ölkələrinin rəhbərlərinə və "Şərq Tərəfdalığı" proqramında iştirak edən ölkələrin rəhəbərlərinə göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun