Nabranda "Təbiətə çıxış" festivalı keçirilərək

Nabranda "Təbiətə çıxış" festivalı keçirilərək
7 İyul 2019
Mətni dəyiş

İyulun 13-15 tarixlərində Nabran qəsəbəsində dəniz kənarı və meşə ərazisində “Into The Wild” (Təbiətə çıxış) incəsənət və musiqi festivalı keçiriləcək.

Təşkilatçıların sözlərinə görə, onlar bu festival vasitəsilə şəhər və yerli icmalardan yaradıcı insanları bir araya gətirərək təcrübə bölüşmək və bir-birlərindən öyrənmək istəyirlər.

"Festival Bakı və digər bölgələrdən gəncləri cəlb edərək 3 gün ərzində sözün əsl mənasında hamı üçün festival yaradır".

Festivalın əsas məqsədlərindən biri incəsənətlə sosial dəyişikliyi təşviq etmək, plastik və digər tullantıların təkrar istifadəsinə dair insanları məlumatlandırmaqdır.

"Həmçinin, tədbirin məqsədi insanlara keyfiyyətli elektro və funk musiqi çatdırmaq, yaranmaqda olan artistləri təqdim etmək, ədalətli ticarətə şərait yaratmaq (əl işləri yarmarkası və yerli qida satışı) və gender bərabərliyi prinsiplərini festivalda tətbiq edərək qonaqları bu barədə məlumatlandırmaqdır".

Məlumata görə, festivalda musiqidən əlavə olaraq, müxtəlif DIY (do it yourself), yoqa və təbiət gəzinti sessiyaları olur. Hər il tədbirə təxminən 250-300 yerli və xarici qonaq qatılır. 

“Təbiətə Çıxış” festivalı bir qrup peşəkar, yaradıcı, musiqi və təbiəti sevən insanlar tərəfindən yaradılıb.

Bu işdə "Salaam Cinema", "Equals", "Pille" təşəbbüsləri komandaları və bir çox müstəqil gənclər bir araya gələrək eko məsuliyyətli və unudulmaz yay təcrübəsi yaşatmağa çalışırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun