Dənizə düşən MiQ-29 'radio-eletron mübarizə' qurbanı ola bilər

Dənizə düşən MiQ-29 'radio-eletron mübarizə' qurbanı ola bilər
28 İyul 2019
Mətni dəyiş

İyulun 24-də itkin düşmüş Azərbaycan HHQ-nin MiQ-29 qırıcı təyyarəsinin axtarışları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin 27 iyul tarixli məlumatına görə, Xəzər sahili yaxınlığında axtarışlar aparılır.

Rəsmi məlumatına görə, təyyarə dənizə düşüb. Pilotun taleyi, eləcə də qəzanın baş verdiyi dəqiq yer məlum deyil.

İtkin düşən MiQ-29 qırıcı təyyarəsinin Rusiya tərəfindən radioelektron mübarizə (REM) sisteminin tətbiqi nəticəsində qəzaya uğradığı istisna deyil.

Məsələyə hələ aydınlıq gətirilmir

[caption id="attachment_80359" align="aligncenter" width="1199"] Radio-elektron mübarizə (kəşfiyyat) qurğusu[/caption]

Bu fikri Turan agentliyinə vəziyyətlə tanış olan hərbi mənbə bildirib. Məlumata görə, təyyarə Azərbaycan-Rusiya sərhədi yaxınlığında sahildən 70 km məsafədə dənizə düşüb.

Hazırda Rusiya HDQ-nin öz ərazisində REM sisteminin tətbiqi üzrə təlimlər aparması da təyyarə qəzası ilə bağlı bu versiyanın xeyrinə dəlalət edir.

İyulun 26-da da hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da oxşar iddia səsləndirmişdi. O, anews.az saytına açıqlamasında bildirib ki, bir saat əvvəl çox etibar etdiyi mənbədən məlumat əldə edib.

"Məlumata əsasən, bu günlərdə Rusiyanın Xəzər dənizində hərbi təlimləri baş tutub. Təlimlər radio-elektron qurğularlarla bağlı olub. Mənbənin bildirdiyinə görə, Azərbaycan təyyarəsini Rusiya vurub".

Ekspert deyib ki, necə olur ki, 3 MiQ-29 təyyarəsi eyni anda bir-birlərinə yaxın formada uçuşur, onların ikisi ilə bağlı heç bir problem olmur, amma biri gözlənilmədən sıradan çıxır?

[caption id="attachment_80357" align="aligncenter" width="800"] Radio-elektron mübarizə sisteminin işləmə sxemi[/caption]

"Sıradan çıxan təyyarəmizi Rusiya radio-ekeltron cihazlarla sıradan çıxardıb, Xəzər dənizinə salıb. Təcili Rusiyaya sorğu göndərilməli və cavab tələb edilməlidir”.

Üzeyir Cəfərov onu da əlavə edib ki, pilotun 24 saat ərzində tapılmaması üzərindəki radarların işlək vəziyyətdə olmamasından qaynaqlana bilər.

Onun sözlərinə görə, hər bir pilotun üzərində radarlar olur və o radarların köməkliyi ilə pilotun yerini bir neçə saata müəyyən etmək olur.

Ekspert bildirib ki, görünür radarlar ya işlək vəziyyətdə olmayıb, ya da sıradan çıxarılıblar.

Amma hələlik bu versiyanın rəsmi təsdiqi yoxdur və açıqlanmır hadisənin dəqiq səbəbi nədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun