Çavuşoğlu: "ABŞ bizə F-35-ləri satmasa başqa mənbədən təyyarə axtararıq"

Çavuşoğlu: "ABŞ bizə F-35-ləri satmasa başqa mənbədən təyyarə axtararıq"
23 İyul 2019
Mətni dəyiş

Türkiyənin xarici işlər naizir Mövlüd Çavuşoğlu ABŞ-ın Türkiyəyə F-35 təyyarələri satmaması halında Türkiyənin qırıcı təyyarə ehtiyacını başqa qaynaqlarla ödəyə biləcəyini deyib.

Bu haqda nazir Türkiyənin "TGRT" kanalına bildirib. Çavuşoğlu bəyan edib ki, Türkiyənin də yeni nəsil qırıcı təyyarələrə ehtiyacı var, ölkə hələlik bunu istehsal edə bilmir.

"Ona görə də S-400 necə başqa yerdən almaq üçün axtarışa keçdiksə, qırıcı təyyarəni də axtarmağa başlamaq haqqımız var. Buna heç kim söz deyə bilməz".

Nazir əlavə edib ki, ABŞ-ın Türkiyəni F-35 təyyarələri proqramından çıxarmaq cəhdinə digər ölkələrin dəstəyi yoxdur:

"Türkiyənin NATO-dan çıxarıması mümkün deyil, bu barədə qərar vermək üçün səs çoxluğu lazımdır".

Xarici işlər naziri Türkiyənin Rusiyadan yeni aldığı S-400 raketlərindən də danışıb. O buna görə ABŞ-ın Ankaraya sanksiyalar tətbiq edəcəyinə inanmadığını dilə gətirib.

"Əgər belə sanksiyalar olarsa belə ona sərt reaksiya verəcəyik. S-400 raketləri 2020-ci ilin əvvəlində istifadə olunmağa başlanacaq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun