BMT: "Suriyada aviozərbələr nəticəsində 100-dən çox insan həlak olub"

BMT: "Suriyada aviozərbələr nəticəsində 100-dən çox insan həlak olub"
27 İyul 2019
Mətni dəyiş

Suriyadanın şimalında mülki vətəndaşların yaşadığı yerlərə aviozərbələr nəticəsində 100-dən çox insan həlak olub. Bu haqda BMT-nin xüsusi məruzəçisi Mişel Baçelet bəyanat yayıb.

Məruzəçinin sözlərinə görə, aviahücumları Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələri, həmçinin ruslar ediblər.

Zərbələr Suriyanın şimal-qərbinə, İdlibə vurulub. Bu ərazini Bəşər Əsədə qarşı çıxan qruplar nəzarətdə saxlayır. BMT təmsilçisi deyib ki, hücumun hədəfi məktəblər, xəstəxanalar, bazarlar və çörək sexləri də olub.

"Söhbət sivil obyektlərdən gedir. Son hücumları nəzərə alsaq, bu cür hücumların səhvən edildiyini demək mümkün deyil" - deyə Mişel Baçelet bildirib.

İyulun 22-də Rusiya aviyasiyasının Suriyanın şimalında Maaret an-Numan adlı şəhərə aviohücumu haqda məlumat yayılmışdı.

Bu ərazilər "Həyat Təhrir əş-Şam" adlı islamçı qruplaşma tərəfindən nəzarətdə saxlanılır. Aviozərbələr nəticəsində 23 nəfər həlak olmuşdu.

Ondan bir gün öncə isə İdlibdə daha 18 yerli sakin rus aviyasiyasının qurbanı olmuşdu. Rusiyanın müdafiə nazirliyi isə Suriyada bu cür aviohücumlar haqda xəbərləri yalan adlandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun