Bakı – Tbilisi qatarı qəzaya uğrayıb

Bakı – Tbilisi qatarı qəzaya uğrayıb
9 İyul 2019
Mətni dəyiş
Bakı – Tbilisi qatarı qəzaya uğrayıb.
Hadisə Bakı – Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib. Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb. Qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmayıblar.
Yaralananlar barəsində hələlik məlumat yoxdur. Qəzanın ilkin nəticələri aradan qaldırıldıqdan sonra hərəkətə icazə verilib. Qatar əvvəlkinə nisbətən yavaş sürətlə də olsa, yoluna davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun