AZAL Bakı-Nyu-york uçuşlarını daha bir illiyinə davam etdirəcək

AZAL Bakı-Nyu-york uçuşlarını daha bir illiyinə davam etdirəcək
24 İyul 2019
Mətni dəyiş
İyulun 23-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə davam etdirməyi qərara alıb. Qərar donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq verilib. Bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb. Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək. Bakı-Nyu-York reysləri ("JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu "Boeing 787 Dreamliner” təyyarələri ilə yerinə yetiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun