Azərbaycanın hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb

Azərbaycanın hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb
25 İyul 2019
Mətni dəyiş
Azərbaycan HHQ-nin təyyarəsi təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb, bu barədə Azərbaycan Müdafiə Nazriliyinin iyulun 25-də yaydığı məlumatda deyilir. İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib, deyə press-relizdə qeyd edilir. İlkin ehtimallara əsasən aviasiya qəzası nəticəsində hərbi təyyarənin Xəzər dənizinə düşdüyü bildirilir. Məlumatda vurğulanır ki, pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığı ilə yaradılmış komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun