Azərbaycan Türkiyə vətəndaşları üçün vizanı ləğv edib

Azərbaycan Türkiyə vətəndaşları üçün vizanı ləğv edib
25 İyul 2019
Mətni dəyiş
Azərbaycanla Türkiyə arasında viza ləğv edilib. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Qeyd edək ki, M. Çavuşoğlu bu gün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb. Bundan əvvəl Azərbaycan vətəndaşları Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun