AŞPA-nın həmməruzəçisi monitorinq aparmaq üçün Bakıdadır

AŞPA-nın həmməruzəçisi monitorinq aparmaq üçün Bakıdadır
6 İyul 2019
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak rəsmi səfərlə Bakıya gəlib. Həmməruzəçi ölkədəki siyasi vəziyətlə tanış olmağa, həbsdə olan ictimai-siyasi fəallarla görüşməyə çalışır.

Stefan Şennak Azadlıq Radiosunun suallarına cavab verərkən deyib ki, bu səfər Azərbaycanda monitorinq aparmaq, faktları araşdırmaq məqsədilə həyata keçirilir.

"Yəni, faktaraşdırıcı missiya formasında. Artıq beş ildir ki, Azərbaycanda bu işi görürəm. Monitorinq əsasən demokratiya, insan haqları, qanunun aliliyi sahələrində aparılsa da, məqsədimiz eyni zamanda, ölkənin başqa sahələrdə də necə inkişaf etdiyini araşdırmaqdır. Sosial, təhsil, iqtisadiyyat... - cəmiyyətin bu sahələrdə də durumunu araşdırmaq, faktları toplamağa çalışırıq".

Xatırladaq ki, Stafan Şennak bu gün iyulun 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı ilə görüşüb.

Qəhrəmanlı mediaya bildirib ki, məruzəçinin təşəbbüsü ilə keçirilmiş görüşdə ölkədəki siyasi vəziyyət, siyasi məhbuslar problemi və sərbəst toplaşma hüququna riayət olunub-olunmaması müzakirə olunub.

“Cənab Şennak “Nardaran işi” ilə xüsusi maraqlandı. Mən isə öz növbədə məndə olan məlumatı ona verdim”, - Qəhrəmanlı bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun