Almaniyanın müdafiə naziri Avropa Kommisiyasının rəhbəri seçildi

Almaniyanın müdafiə naziri Avropa Kommisiyasının rəhbəri seçildi
17 İyul 2019
Mətni dəyiş

Ursula fon der Leyen Avropa Komissiyasının yeni rəhbəri seçilib. O siyasətə Berlinin ictimai əhatəsində gəlib, əvvəlcə səhiyyə naziri sonra isə hərb nazirliyinin rəhbərliyinə gəlib.

Ursula fon der Leyen bu vəzifəyə seçilmək üçün Avropa Parlamentinin 733 üzvünün 383-ünün səsini alıb.

Ursula fon der Leyen öz vəzifəsinə noyabr ayının 1-i gələcək, o zamana qədər Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker qalacaq.

Fon der Leyen komissiya rəhbərliyinə seçilməkdən qürur duyduğunu və bütün deputatlarla bircə konstruktiv işlər görməyi hədəflədiyini deyib.

Alman nazir bundan sonrakı beş il ərzində Avropa Parlamentinin millət vəkillərini iqlim dəyişikliyi ilə mübarizə aparmağa, gender bərabərliyinə və ictimai məsələlərə diqqət ayırmağa razı salacağını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun