Ağcaqanadlar insanları qan qrupları, tər qoxusu, geyimlərinə görə çox dişləyirmiş

Ağcaqanadlar insanları qan qrupları, tər qoxusu, geyimlərinə görə çox dişləyirmiş
24 İyul 2019
Mətni dəyiş
Elm adamları illərdir ağcaqanadların nəyə görə bəzi insanları daha çox hədəfə aldığı sualına cavab axtarmağa çalışır. Bu günə qədər aparılmış bir çox araşdırmaya görə bu məsələdə qan qrupları mühüm rol oynayır. Ancaq, alimlər bunun da məsələni təkbaşına izah edən bir səbəb olmadığını bildirir. Tibbi Entomoloji Elm Jurnalının (The Journal of Medical Entomology) 2004-cü ildə yayınladığı bir araşdırmaya görə Asya pələng ağcaqanadları mənfi qan qrupu olan insanları daha çox hədəfə alır. Bunun üçün alimlər hətta 64 nəfərin üzərində araşdırma da aparıb. Araşdırmada iştirak edənlən mənfi qan qruplu insanların 83,3 faizi ağcaqanadlar tərəfindən dişlənildiyi halda, müsbət qan qruplu insanların cəmi 46,5 faizi ağcaqanadların hədəfi olub. 1950 və 1960-cı illərdə aparılan elmi araşdırmalarda isə bəlli olmuşdu ki, ağcaqanadlar insanların nəfəs verərkən buraxdığı karbon-dioksid qazına görə onları tapıb müəyyənləşdirirmiş. "The Lancet" jurnalının 2000-ci ildə apardığı araşdırmaya görə isə hamilə qadınların nəfəslərində daha çox karbon-dioksid və daha çox nəm olması ucbatından ağcaqanadlar onları daha tez tapıb dişləyirmiş. "Current Biology" dərgisinin 2019-cu ildə yayımladığığı bir tədqiqata görə isə, ağcaqanadlar insan bədəninin qoxsunu, həratərini və nəmini hiss edə bilirmiş. Florida Universitetinin entomologiya (həşaratlar haqda elm) alimi Conatan Dey hesab edir ki, ağcaqanadların bəzi insanları daha çox dişləməsində geyindiyimiz paltarların rənglərinin də təsirləri varmış. "NBC News" televiziyasına müsahibə verən Dey tünd, mavi və ya qırmızı rəngli paltarlar geyinən insanlar hərəkət edərkən ağcaqanadlar onları daha asan tapır. 2002-cı ildə Amerika Ağcaqanadlarla Mübarizə Dərnəyi Jurnalının yayımladığı bir tədqiqata görə alkoqollu içkiləri çox istifadə edən, xüsusilə pivə içən insanların ağcaqanadlar tərəfindən daha tez təsbit olunub dişlənildiyi ortaya çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun