Ağ Ev: "Türkiyə artıq F-35 təyyarələrinin istifadəçisi ola bilməz"

Ağ Ev: "Türkiyə artıq F-35 təyyarələrinin istifadəçisi ola bilməz"
18 İyul 2019
Mətni dəyiş

ABŞ Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra bu ölkənin F-35 döyüş təyyarələri proqramında saxlamağı mümkünsüz saydığını bəyan edib.

Ağ Evdən növbəti dəfə verilən bəyanata görə F-35-lərin inkişaf etdirilmiş sistemi haqqında məlumat toplayacaq rus kəşfiyyat sisteminin platformasıyla birlikdə istifadə olunması mümkün deyil.

Açıqlamada həmçinin 65 ildən çoxdur NATO-nun etibarlı müttəfiqi olan Türkiyənin S-400-ləri qəbul etməsinin NATO müttəfiqlərinin rus sistemlərindən uzaq durmaq məsələsində əldə olunmuş razılaşmanı kobudca pozduğu da bildirilib.

Digər tərəfdən NATO müttəfiqlərininin Türkiyə ilə münasibətinin təkcə F-35 təyyarələri ilə məhdudlaşmadığını, hərbi münasibətlərin S-400 sisteminin yaratdığı qısıtlamalara baxmayaraq davam etdiriləcəyi də bildirilib.

Ağ Ev açıqlamasında Washingtonun Türkiyə ilə strateji münasibətlərə hələ də böyük önəm verdiyini elan edib.

Digər tərəfdən Donald Trampın dünən ikinci dəfə Türkiyə fə F-35 təyyarələri haqda jurnalistlərə açıqlama edib. O yenə də sələfi olan Barak Obama administrasiyasının Türkiyəni Rusiyadan S-400-lər almağa məcbur etdiyini deyib. Tramp indi ABŞ-Türkiyə münasibətlərinin çox çətin bir ərəfədən keçdiyini və bunun həlli üçün çalışdqlarınıd a əlavə edib.

Rusiya Prezidentinin köməkçisi Yuri Borisov isə Türkiyənin ABŞ sanksiyaları təhdidləri qarşısında S-400-lərdən imtina etməməsini təqdir etdiklərini və Türkiyəyə hətta döyüş təyyarələri də sata biləcəklərini elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun