72 yaşlı Novruz Məmmədova daha bir vəzifə həvalə olundu

72 yaşlı Novruz Məmmədova daha bir vəzifə həvalə olundu
4 İyul 2019
Mətni dəyiş

Bu gün, iyulun 4-də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fondun açıqlamasına görə, ARDNF-in Müşahidə Şurasının qərarı ilə baş nazir Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda ARDNF-in 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-in 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb.

Müşahidə Şurası tərəfindən ARDNF-in 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun - “PraysvoterhausKupers Audit Azərbaycan” MMC-nin rəyi, 2018-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi, habelə ARDNF-in 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln manat, yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-in 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

Eyni zamanda Müşahidə Şurası tərəfindən Fondun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-in maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Prezidentinə təqdim edilməsi tövsiyə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun