Əfqan Muxtarlının həbsxanada yaxınları ilə görüşməsinə imkan verilmir

Əfqan Muxtarlının həbsxanada yaxınları ilə görüşməsinə imkan verilmir
9 İyul 2019
Mətni dəyiş
Bu gün vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə müəssisəsində həbsdə olan jurnalist Əfqan Muxtarlı ilə görüşüb. Vəkilin “Basta.info”ya verdiyi məlumata görə, Əfqan Muxtarlının səhhəti normaldır və saxlanma şəraitindən şikayəti yoxdur. Nemət Kərimli həmçinin bildirib ki, Əfqan Muxtarlının öz yaxınları ilə görüşməsinə imkan verilmir. Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin may ayında Gürcüstan paytaxtı Tbilisidə itkin düşdükdən sonra Azərbaycanda həbs edilib. O, sərhəddən qanunsuz valyuta keçirmək və sərhəd xidmətinin əməkdaşına xəsarət yetirmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin jurnalist Tbilisidə oğurlandığı, ittihamların uydurma olduğunu, özünün araşdırma yazılarına görə siyasi sifarişlə həbs edildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun