Yerevan və Qarabağ arasında qarşıdurma dərinləşir

Yerevan və Qarabağ arasında qarşıdurma dərinləşir
11 İyun 2019
Mətni dəyiş

İyunun 10-da axşam Ermənistan KİV Qarabağ Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanın istefası barədə məlumat yayıb.

İstefaya V.Balasanyanın Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının ünvanına kəskin tənqidi, onun siyasəti ilə razılaşmaması səbəb olub.

Qarabağdakı mənbələrə görə, N.Paşinyan Qarabağ separatçılarının lideri Bako Saakyandan tələb edib ki, V.Balasanyanı vəzifədən çıxarsın.

Turan-ın məlumatına görə, bir neçə gün öncə V.Balasanyan Yerevanda polis tərəfindən saxlanılıb və onun avtomobilində axtarış aparılıb. Bu, Ermənistan rəhbərliyinin V.Balasanyana münasibətini göstərir.

[caption id="attachment_78686" align="aligncenter" width="1030"] Vitali Balasanyan[/caption]

Eyni zamanda Qarabağdakı mənbələr bildirirlər ki, V.Balasanyan 2020-ci ildə "Qarabağda keçiriləcək prezident seçkilərində" namizədliyini irəli sürəcək.

V.Balasanyandan başqa Qarabağ rəhbərliyində təmsil olunan digər yüksək vəzifəli məmur Artur Ağabekyan da bu gün postundan kənarlaşdırılıb. O, "prezident"in müşaviri idi, bundan öncə isə separatçıların hərbi rəhbərlərindən biri olub. A.Ağabekyan da Paşinyan hökumətini kəskin tənqid edib. O, qarabağlıları mitinqlərə çıxaraq Ermənistanın yeni hakimiyyətinin "xəyanətkar siyasət"inə etiraz etməyə çağırıb.

Bəzi KİV-in məlumatına görə, N.Paşinyan həmin şəxslərin, həmçinin "prezident"in köməkçisi David Babayanın vəzifədən çıxarılmasını şərt kimi qoyub.

Bundan əlavə, Yerevan artıq iki aydır ki, Qarabağa maliyyə yardımı ayırmaqdan imtina edir və həmin şərtlərin yerinə yetirilməsini tələb edir.

Ancaq bu gün Qarabağ rəhbərliyi bu məlumatı təkzib edən bəyanat yayaraq bildirib ki, Yerevanın maliyyə yardımı dayandırılmayıb.

Bütün hallarda Ermənistanla Dağlıq Qarabağ arasında münasibətlərin kəskinləşməsi göz önündədir. Tərəflərin bir-birinə inamsızlığının artması fonunda yaxın vaxtlarda vəziyyətin daha da pisləşəcəyini gözləmək olar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun