“Traxtor” klubunun yeni baş məşqçisi Mustafa Dənizli oldu

Türkiyənin milli futbol komandası, Beşiktaş və Qalatasaray kimi tanınmış klublarının başq məşqçisi olmuş Mustafa Denizli Təbrizin “Traktor Sazi” klubu ilə müqavilə imzalayıb.

Bu haqda İran və Türkiyə xəbər agentlikləri məlumatı yayıb. Bildirilir ki, tanınmış baş məşqçisinin “dünyanın ən çox türk tərəfdara malik olan futbol klubu” ilə 5 illik bir müqavilə imzaladığı bildirilir.

Keçmiş illərdə də İranda çalışan Mustafa Denizli Tehran Pars və Perspolis komandalarına rəhbərlik edib.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan komanda daha əvvəl də Türkiyədən baş məşqçi gətirib.

Ertuğrul Sağlam keçən ilin ilk mövsümündə “Traxtor”a rəhbərlik edib.