Saakaşvili: "Keçmiş sovet ölkələri insanları daha oliqarx hakimiyyəti altında yaşamaq istəmirlər"

Saakaşvili: "Keçmiş sovet ölkələri insanları daha oliqarx hakimiyyəti altında yaşamaq istəmirlər"
25 İyun 2019
Mətni dəyiş

Bu günlərdə rus deputatlarının Gürcüstan Parlamentində çıxış etməsi ölkədə kütləvi etirazlara səbəb olub. Nəticədə hökümət etirazçılara qarşı güc tətbiq edib, xeyli sayda insan yaralanıb.

Baş verən hadisələrlə bağlı Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Almaniyanın nüfuzlu "Deutsche Welle" radiosuna müsahibə verib.

Saakaşvili müsahibəsində deyib ki, Gürcüstandakı hadisələr əvvəlcə Ermənistandakı inqilabın, sonra Ukraynadakı prezident seçkiləri zamanı baş verənlərin və bu yaxında Moldovada oliqarx Plaxotnyukun qaçması ilə nəticələnən hadisələrin davamıdır.

"Belə görünür ki, keçmiş sovet ölkələrində insanlar daha oliqarxların hakimiyyəti nəzarətində, gələcəyi şübhə altında olan şəraitdə, iqtisadi artımın olmadığı və öz vətənində imkanların əlindən alındığı şəraitdə yaşamaq istəmirlər. Əmək qabiliyyəti olan insanlar belə ölkələri tərk edib gedirlər, yerdə qalanlar isə etiraz edirlər. Əgər Gürcüstandakı kimi seçki institutu işləmirsə onda insanlar narazılıqlarını ifadə etmək üçün istənilən yola əl atırlar".

Saakaşvili Gürcüstanda mitinq zamanı dinc etirazçılara qarşı polisin zorakılığı haqda da danışaraq deyib ki, polislər arasında heç kim yaralanmasa da, etirazçılar və jurnalistər arasında çoxlu yaralananlar var. Belə görünür ki, polis səhərə qədər etirazçıların ovuna çıxıb.

Saakaşvili gürcü polisinin xüsusi zorakılığını İvanişvilinin keçirdiyi narahatlıqla əlaqələndirərək deyir ki, İvanişvili Moldoviyada hakimiyyəti atıb qaçmış oliqarx Plaxotnyukun halını görərək qorxub və buna görə də öz xalqına zorakılıq etməyə əmr verib.

"Bu isə İvanişvili rejiminin süqutu ilə nəticələnəcək. İvanişvilinin özünün legitimliyi yoxdur, çünki o hakimiyyətdə heç bir vəzifə tutmur, ancaq bu qeyri-rəsmi sima ölkədə deputatları, nazirləri, vəkilləri və prokurorları təyin edir. O, praktiki olaraq ölkəni bir əldə cəmləşdirərək idarə edir".

Keçmiş prezident bildirir ki, Gürcüstandakı bütün bank və kənd-təsərrüfatı sistemi gürcü oliqarxın əlindədir.

"Bu adam "Qazprom"un ən böyük aksiyoneridir, onu Gürcüstan siyasətinə Putin yeridib".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun