Rusiyanın AŞPA-da səsvermə hüququ geri qaytarılır

Rusiyanın AŞPA-da səsvermə hüququ geri qaytarılır
25 İyun 2019
Mətni dəyiş

İyunun 25-i axşam saatlarında Avropa Şurası Parlament Assambleyasında Rusiyanın təşkilata qaytarılması ilə bağlı səsvermə keçirilib.

Ukrayna səsverməyə qarşı çıxıb və hətta təşkilatı tərk edəcəyi ilə bağlı üzvləri hədələyib.

AŞPA-dakı səsvermədə 190 deputat iştirak edib. Onlardan qərarın lehinə 118-i, əleyhinə isə 62 nəfər səs verib, 10 nəfər isə tərəfsiz qalıb.

Rusiya Avropa Şurası Parlament Assambleyasından 2014-cü ildə Krımın işğalına görə uzaqlaşdırılmışdı. O ərəfədə Rusiyanın əlindən səsvermə hüququ alınmış, yalnız AŞPA-nın iclaslarını izləmək icazəsi verilmişdi.

2015-ci ildə Rusiya etiraz olaraq Avropa Şurasına üzvlük haqqı ödəməkdən imtina edib. Rusiyanın təşkilata ödədiyi illik üzvlük haqqı 32 milyon avrodur.

Bu ilin martında AŞ rəhbərliyi etiraf etdi ki, Rusiyanın təşkilata üzvlük haqqı ödəməməsi ucbatından təşkilat maliyyə sıxıntıları da yaşayır.

Rəsmilərin açıqlamasında görə, 2019-cu ildə Qurumun büdcəsində 1,5 milyon avroluq kəsir yaranıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun