Qazaxıstanda üç günlük etirazlarda min nəfərə qədər insan həbs olunub

Qazaxıstanda üç günlük etirazlarda min nəfərə qədər insan həbs olunub
13 İyun 2019
Mətni dəyiş
Qazaxıstanda seçkidən sonrakı üç gün ərzində yeni prezident Qasım-Comərd Tokayevin prezident seçkilməsinə etirazlara görə minə yaxın vətəndaş həbs olunub. Bu haqda ölkənin baş prokurorluğu məlumat yayıb. İctimai etirazlar 66 yaşlı Tokayevin 71 faiz səs çoxluğu ilə prezident seçilməsinə qarşı yönəlib və növbəti beş illiyinə Qazaxıstanın prezidenti o olacaq. Prokurorluğun jurnalistlərə verdiyi məlumata görə razılaşdırılmamış mitinqlərdə iştiraka görə hökümət tərəfindən 957 nəfər cəzalandırılıb. Onlardan 670 nəfəri həbs olunub, 115 nəfəri cərimələnib, 172 nəfərə isə xəbərdarlıq edilib. Tokayev dünən baş prokuror Qizat Nurdövlətovla görüşdən sonra "günahsız" vətəndaşları həbsdən azad etməyə göstəriş verib. Etirazçılar seçkilərdə müxalif alternativlərin iştirak etmədiyini və prezident seçilən Tokayevin bu posta Nursultan Nazarbayevin yardımı ilə gətirildiyini, Nazarbayevin faktiki onun əli ilə dövləti idarə edəcəyini əsas gətirərək etiraz edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun