Putin Gürcüstana uçuşları qadağan edib, rus turistlər bu ölkədən təxliyyə edilir

Putin Gürcüstana uçuşları qadağan edib, rus turistlər bu ölkədən təxliyyə edilir
22 İyun 2019
Mətni dəyiş

"Bütün qrup şəklində Gürcüstana gələn rusiyalı turistlər iyulun 8-nə qədər plana uyğun şəkildə və ya istənilən digər mümkün reyslərlə Gürcüstandan çıxarılmalıdır".

Bu barədə 'RİA-Novosti'yə Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina bildirib.

"Gürcüstanla aviasiya əlaqələri dayandırılana qədər 2 həftədən çox vaxt keçəcək və bu ölkədə istirahət edən əksər insanlar, yəqin ki, plana uyğun şəkildə oradan gedəcəklər. Turistlərdən istirahətini yarımçıq qoymaq istəməyən olarsa, onlar dönüş biletlərini özləri alacaqlar", deyə o bildirib.

"Gürcüstana artıq yeni turistlər getməyəcək, belə ki, turizm operatorlarına tur satışlarını dayandırmaq tövsiyə olunub", - deyə Tyurina bildirib.

Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Mayya Lomidze agentliyə bildirib ki, turistlər ya tam təzminata, ya da istirahətləri yarımçıq qalıbsa, qismi təzminata ümid edə bilərlər.

Rusiya prezidenti Vladimir Putin iyunun 21-də Rusiya aviaşirkətlərinin Gürcüstana sərnişin daşımasının qadağan edilməsi haqqında fərman imzalayıb.

Kremlin addımları əhalinin döyüş əməliyyatları zonasından təxliyyəsini xatırladır. Bu qədər nümayişkaranə addımları Gürcüstanda son iğtişaşlar və anti-Rusiya əhval-ruhiyyəsi ilə izah etmək çətindir.

Uçuşların dayandırılması Gürcüstana səfərlərin qadağan edilməsi demək deyil, buna görə bir çox turistlər qonşu ölkələrdən, o cümlədən Azərbaycandan oraya gedə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun