İstanbul seçkilərində Ekrem İmamoğlu böyük fərqlə irəlidədir [yenilənir]

İstanbul seçkilərində Ekrem İmamoğlu böyük fərqlə irəlidədir [yenilənir]
24 İyun 2019
Mətni dəyiş

Türkiyənin ən böyük şəhəri İstanbulda təkrarlanan mer seçkilərində müxalif Millət İttifaqının namizədi Ekrem İmamoğlu iqtidar Cumhur İttifaqının namizədi Binali Yıldırım üzərində böyük fərqlə qələbə qazanmaq üzrədir. 

Rəsmi olmayan, Anadolu və ANKA agentliklərinin məlumatına görə, 99 faiz səslərin sayılmasından sonra Ekrem İmamoğlu 54 faiz, Binali Yıldırım isə 45 faiz səs toplayıb.

Türkiyə mətbuatının məlumatına görə, Binali Yıldırım rəqibi Ekrem İmamoğlunu irəlidə olması münasibəti ilə təbrik edib.

Qeyri rəsmi nəticələr elan olunandan sonra Ekrem İmamoğlu ictimaiyyətə ilk açıqlamalarını verib:

"Biz Türkiyədə demokratiya saatının mükəmməl işləməyinin tərəfdarıyıq. Təəssüf ki, bu, 31 mart axşamı işləməmişdi. Millətimiz baş verən hər şeyi bilir. Ancaq saatı dayandırmaqla vaxtı da dayandıra bilməzsiz".

İmamoğlu bildirib ki, bu gün seçki qutularından səs bülletenlərilə yanaşı hesab bülletenləri də çıxdıb.

"Vətəndaşlar baş vermiş böyük ədalətsizliklə hesablaşıblar. Bu, bir səhifənin bağlanması, digərinin açılması demək deyil, hər kəsin yeni və ümumi bir səhifə açması, yeni bir başlanğıc deməkdir".

Cənab İmamoğlu "heç kimi ayırmadan, özgələşdirmədən" çalışacağını da qeyd edib.

"İnsanlar mənə yoxsulluqla mübarizə, yaşıl sahələrin və ucuz nəqliyyatın üçün səfərbərlik başlatmaq kimi müqəddəs bir missiya verdi. Bu ən şərəfli bir vəzifədir. Bu vəzifəni lazımınca yerinə yetirməkdən başqa bir prioritetim yoxdur", o deyib.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Sadi Güven səsvermə günü ilə bağlı açıqlama verib. O, bildirib ki, səsvermə normal şəkildə, ciddi bir problem, qarşıdurma olmadan başa çatıb.

İqtidarın namizədi Binali Yıldırım və ölkə başçısı, hakim partiya AKP-nin rəhbəri Receb Tayyib Erdoğan qeyri-rəsmi nəticələrə görə İstanbul meri seçilən Ekrem İmamoğlunu təbrik ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun