Hökumət maaş-pensiya artımından sonra qiymət artımına başlayır

Hökumət maaş-pensiya artımından sonra qiymət artımına başlayır
25 İyun 2019
Mətni dəyiş

Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək.

Bu barədə DİM-in Direktorlar Şurasının Məleykə Abbaszadə APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tarif Şurasının 2017-ci il 23 may tarixli, 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamışdı:

“Həmin müddətdən bu vaxtadək DİM göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparırdı. Nəticədə müvafiq qanunvericiliyə əsasən, təhsil xidmətləri ƏDV-dən azad olundu, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV tətbiq edildi”.

[caption id="attachment_4846" align="aligncenter" width="1200"] Məleykə Abbaszadə[/caption]

M.Abbaszadə qeyd edib ki, növbəti tədris ilində DİM Tarif Şurasına müraciət edəcək:

“Çünki imtahanların modeli dəyişib. Hazırda xərclərimiz fərqlidir. Bizim indiyə qədər topladığımız müəyyən qeyri-maddi resurslarımız var idi, onların qiymətləndirilməsi də aparılıb və saytımıza yerləşdirilib. Həmin qeyri-maddi resurslar - test tapşırıqları, müxtəlif proqramlar və s. istifadə olunub. Biz müvafiq hesablamalar aparıb yenidən Tarif Şurasına müraciət edəcəyik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun