Gürcüstanda etirazların 3-cü günü: Yenə parlamentin qarşısına toplaşdılar

Gürcüstanda etirazların 3-cü günü: Yenə parlamentin qarşısına toplaşdılar
23 İyun 2019
Mətni dəyiş

Gürcüstanda şənbə günü axşam saatlarında minlərlə insan yenə Tbilisidə parlament binasının qarşısına toplaşıblar.

İştirakçılardan birinin saytımıza verdiyi məlumata görə, iştirakçılar paytaxtın mərkəzi Rustaveli prospektini bağlayıblar.

Etirazların üçüncü günündə iştirakçılar Rusiyanın Gürcüstan ilə təyyarə uçuşlarını dayandırmasında da etiraz ediblər.

Vətəndaşlar iyunun 20-də etirazçılara zor tətbiq edən, rezin güllə atan polislərin cəzalandırılması ilə bərabər daxili işlər naziri Georgi Qaxariyanın da istefasını tələb ediblər.

Etirazlarçılar ilk gündən fərqli olaraq tələbləri sırasına birini də əlavə ediblər. Onlar parlamentin buraxılmasını və növbədənkənar proporsional seçkilərin keçirilməsini də tələb ediblər.

Bu gün Tbilisi ilə yanaşı Gürcüstanın Batumi və Kutaisi şəhərlərində də aksiya keçirilib.

Etirazlar iyun ayının 20-də rusiyalı deputatın Gürcüstan parlametində spikerin kreslosunda oturmasından sonra alovlanıb.

Aksiyalarda 240-dan çox vətəndaş yaralnıb, 300-dən çox etirazçı isə polis tərəfindən saxlanılıb. Etirazların birinci günündə daxili işlər naziri istefa verə biləcəyini açıqlayıb. İkinci gün isə parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun