Fotoqraf Orxan Əzim Çernobılda çəkdiklərinin sərgini açıb [Fotosessiya]

Fotoqraf Orxan Əzim Çernobılda çəkdiklərinin sərgini açıb [Fotosessiya]
20 İyun 2019
Mətni dəyiş

Fotoqraf Orxan Əzim "Salam Cinema Baku"da Çernobılda çəkdiklərinin sərgini açıb.

2016-cı ildə fotoqraf Orxan Əzim riskləri nəzərə alaraq Çernobıla gedib və faciə yerindən fotolar çəkib.

Hadisənin 30 illiyində ilk dəfə olaraq Bakıda "Черно быль 30 лет" sərgisi təşkil olunub.

Təşkilatçıların sözlərinə görə, bir çox insanın çağırışı ilə sərgi 19 iyun 2019-cu ildə yenidən təşkil olunub.

“Salaam Cinema Baku” da keçirilən sərgi daha 6 gün davam edəcək.

1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının 4-cü nüvə reaktorunda partlayış baş verib.

Hadisə zamanı SSRİ-nin rəsmi açıqlamasına görə, 31 nəfər həlak olsa da, beynəlxalq ictimaiyyət və müstəqil araşdırmaçılar ölənlərin sayının on minlərlə olduğunu bildirib.

Abzas olaraq sərgidən fotosessiyanı təqdim edirik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun