Astaralı müxalif fəal onu susdurmaq üçün bacısı qızının işdən azad olunduğunu deyir

Astaralı müxalif fəal onu susdurmaq üçün bacısı qızının işdən azad olunduğunu deyir
17 İyun 2019
Mətni dəyiş
Müxalifətdə olan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisin üzvü Elçin İbrahimli Azadlıq Radiosuna bildirir ki, Astara Pedaqoji Kollecində şöbə müdiri işləmiş bacısı qızını ona görə işdən çıxardıblar: “Bacım qızı Nuranə Mikayılova Bakı Dövlət Universitetini qırmzı diplomla bitirib. Bir müddət işsiz qalıb. Sonra kənd məktəbində müəllimə işləyib. Rayon icra hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti başçısı Qəzənfər Ağayev onu qəbul edib.Bir müddət şəhərdə, sonra Şahağacı kəndində baxça müdiri işləyib. Baxçada işlədiyi müddətdə Astara Pedaqoji Kollecinə işlə bağlı müraciət edib.Onun müraciəti müsbət həll olunub və kollecdə ona şöbə müdiri vəzifəsi verilib.” Astara rayon sakini olan müxalifətçinin sözlərinə görə, bacısı qızını işdən çıxararkən heç bir səbəb göstərməyiblər: “Qəflətən onu işdən çxarıblar. Öyrəndim ki, onun işdən çıxarılmasının səbəbi mənəm. Zəng edib mənə bunu dedilər. Mən müxalifətçiyəm, sosial şəbəklərdə aktivəm. Rayonla bağlı neqativ halları sosial şəbəkələrdə paylaşıram, məlumatlar verirəm. Facebookda “Astara, Şahağacı, Azərbaycan” qrupunun yaradıcısıyam. Bu qrupun 5 minə yaxın üzvü var. Dünyada, Azərbaycanda, Astara rayonunda baş verən hadisələri orada işıqlandırıram. Korrupsiyadan, rüşvətxorluqdan yazmışam. Təhqirlərə heç vaxt yol verməmişəm. Azərbaycanı demokratik, müstəqil görmək istəyirəm.” Onun fikrincə aktiv fəaliyyəti bəzilərinin xoşuna gəlmir: “Həmişə baş çəkdiyim çayxananın sahibinə mənimlə bağlı dəfələrlə xəbərdarlıq edilib. Dəfələrlə polisə çağırılmışam, xəbərdaralıq almışam. Ötən il oktyabrın 15-də ölkə prezidenti Astaraya gəlmişdi. Prezidentin gəlişi ilə bağlı sosial şəbəkədə video yaymışdım. Həmin videoda vətəndaş prezident rayona gələrkən, adamların qarşısını polislərin almasına etirazını bildirdi. Məni susdurmaq üçün, icra başçısı Astara Pedaqoji Kollecinin direktorundan bacım qızının işdən azad edlməsini tələb edib. Onu işdən azad ediblər.” Astara Pedaqoji Kollecinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ağababa İbrahimov deyir ki, kollec sözü gedən şəxsə heç bir problem yaratmayıb: “Bəli öz ərizəsi ilə çıxıb.Biz tərəfdən də problem yoxdur. Siz dediz, təəccübləndim.O elə qadın deyil. Dayısını tanımıram, nə yazıb bilmirəm.” Astara Rayon İcra Hakimiyyəti aparatının içtimai-siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadə isə icra başçının ünvanına deyilənləri böhtan kimi dəyərləndirir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun