Araşdırma: 'Fastfud' yeməklər beynin vaxtından tez qocalmasına səbəb olur

Araşdırma: 'Fastfud' yeməklər beynin vaxtından tez qocalmasına səbəb olur
14 İyun 2019
Mətni dəyiş

Avstraliya Milli Universitetinin yeni tədqiqatının nəticələrinə görə, 'fastfud' yeməkləri beyinin vaxtından tez qocalmasına səbəb olur.

Bu haqda tibbi xəbərlər yayan beynəlxalq xəbər portalı "Medical Xpress" məlumat yayıb.

Xəbərə görə, Avstraliya alimləri fastfud yeməkləri haqda indiyədək aparılmış 200-ə qədər tədqiqatı nəzərdən keçiriblər və bu yeməklərin insan orqanizminə mənfi təsirini öyrəniblər.

Alimlər öyrəniblər ki, bu günki insan 50 il öncəkiylə müqaisədə qat-qat çox kalori qəbul edirlər. Bütün bunların səbəbi isə fastfood yeməklərin geniş yayılmasıdır.

Tədqiqatda deyilir ki, uzun müddətli qeyri-sağlam qidalanma və fiziki məşqlərin yerinə yetirilməməsi orqanizmlərdə 2-ci dərəcəli diabetin inkişafına şərait yaradır, bu isə öz növbəsində beyinin funksiyasını aşağı salır.

Araşdırmağa görə, dünyadakı yetkin yaşlı insanların 30 faizi ya artıq çəkilidir, ya da obezitedən əziyyət çəkir, 2030-cu ilə qədər insanların daha 10 faizi isə ikinci tip diabetdən əziyyət çəkəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun