"Amnesty International" Sudanda müharibə cinayətləri törədildiyini bəyan edib

"Amnesty International" Sudanda müharibə cinayətləri törədildiyini bəyan edib
12 İyun 2019
Mətni dəyiş
Sudanda bu ilin aprel ayında ölkə iqtisadiyyatında baş vermiş böhrana görə baş qaldıran kütləvi xalq hərakatı nəticəsində dövlət çevrilişi ilə ölkəni 30 ildən çoxdur idarə edən prezident Ömər Əl-Bəşirin devrilməsindən bu yana siyasi böhran davam edir. Benəlxalq insan hüquqları təşkilatı "Amnesty International"ın etdiyi açıqlamaya görə Sudan hərbi qüvvələr keçən il mərkəzi şəhərlərdən olan Darfurun ətrafında 45 kəndin dağıdılması və "qeyri-qanuni cinayət əməlləri, cinsi zorakılıq" fəaliyyətinə görə məsuliyyət daşıyır. Təşkilat həmçinin BMT yə məxsus olan sülh qüvvələrinin geriyə çəkilməsi halında on minlərlə insanın həyatının təhlükə altına düşəcəyi xəbərdarlığını da edib. BMT bu ölkədəki sülh qüvvələrinin gələcəyi haqda iyunun 27-də səsvermə keçiriləcəyini də bəyan edib. BMT-nin Sudandakı sülh qüvvələrinə 5 min 500 əsgər və 2 min 300 polis aiddir. Keçən həftə ordu qüvvələrinin paytaxt Xartumda keçirdikləri oturaq etiraz aksiyasını daxğıtmaq üçün müdaxiləsi nəticəsində müxalifətə yaxın Sudan Həkimlər Birliyinin (CCSD) verdiyi məlumata görə 108 nəfər öldürülmüş, 500-dən çox insan öldürülmüşdü. Xatırladaq ki, müxalifətlə Hərbi Keçid Birliyi keçid hökümətinin sivil şəkildə qurulması üçün çalışır. Ancaq müxalifət Hərbi Keçid Birliyinin iqtidarı təslim etmə işində ləng tərpəndiyini və öz iqtidarlarını qurmağa çalışdırlarını iddia edir. Afrıkanın şimalında yerləşən Sudanın əhalisi 41 milyon nəfərdir. Sudan dünyanın ən kasıb 25 ölkəsi arasındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun