Almaniya höküməti dinini dəyişdirib mühacirət edənlərin hamısına rədd cavabı verib

Almaniya höküməti dinini dəyişdirib mühacirət edənlərin hamısına rədd cavabı verib
9 İyun 2019
Mətni dəyiş
Almaniya Köçkün və Mühacirlər İdarəsi (BAMF) 2019-cu ildə din dəyişdirərək Almaniyaya sığınmaq üçün müraciət edənlərin hamısının müraciətini rədd edib. Bu haqda Alman radiosu "Deutsch Welle" xəbər yayıb. Xəbərdə deyilir ki, bu ilin əvvəlindən aprel ayının sonuna qədər din dəyişdirərək Almaniyaya sığınmaq istəyən insanların yalnız 1,4 faizinin müraciəti qəbul edilib. Almaniya Köçkün və Mühacirlər İdarəsi həmçinin məlumat verir ki, həmin o 1,4 faizlik hissə belə Dublin razılaşmasının qaydalarına görə Almaniyadan yox başqa ölkələrdən sığınmaq müraciəti edərək dolayı yolla Almaniyaya gəliblər. Dolayısıyla din dəyişdirərək mühacirət etmək istəyənlərə görə Almaniya yox başqa Avropa Birliyi ölkələri cavabdehdir. Alman höküməti 2018-ci ildə ölkəyə din dəyişdirərək mühacirət edənlərin isə bütün mühacirlərin 12 faizini təşkil etdiyini bildirib. Alamaniya hökümətinin Sol partiyasının sorğusuna verdiyi cavaba görə Köçkün və Mühacirlər İdarəsi 2019-da din dəyişdirərək mühacirət edənlərin cəmi ikisinin müraciətini qəbul edib, qalan 145 müraciət isə ləğv olunub. Kilsə mühacirəti də adlandırılan mühacirət 2015-dən indiyə qədər iki dəfədən çox artlıb. Kilsədə Sığınma adlı təşkilatın verdiyi məlumata görə o vaxtdan indiyədək 422 iş əsasında 671 nəfər insanın sığınma istəyi qəbul olunub. Bunların 375-i Dublin razılaşması çərçivəsində dəyərləndirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun