AKP üç yerə bölünür: Babacan və Davutoğlu iki yeni partiya qurur

AKP üç yerə bölünür: Babacan və Davutoğlu iki yeni partiya qurur
26 İyun 2019
Mətni dəyiş

Uzun müddətdir Ankarada qapalı çevrələrdə danışılan və hətta mətbuata da sızan məlumatlara görə Türkiyə iqtidarının keçmiş iqtisadiyyat naziri Ali Babacan və keçmiş baş naziri Ahmet Davutoğlu AKP-dən uzaqlaşaraq yeni partiya yaratmağı hədəfləyirlər.

Bu haqda “Reuters” agentliyi partiya rəhbərliyindən adını açıqlamayan şəxslərə istinadən məlumat yayıb. Məlumata görə, Babacan və Davutoğlu AKP-dən kənar partiyalar yaratmağa hazırlaşırlar.

İstanbulda təkrar keçirilən seçkilərdə Ekrem İmamoğlunun 800 min səslə qalib gəlməsi AKP-nin gücünü itirməsi və parçalanması riskini böyüdüb.

Seçkilərdən əvvəl də bu barədə məlumatlar yayılırdı. Hətta Davudoğlu 31 mart seçkilərindən sonra açıqlama yayması və AKP-ni sərt tənqid etməsi bu ehtimalları gücləndirmişdi.

Yeni yaradılacaq partiyalardan birini keçmiş prezident Abdulla Gülün dəstəyi ilə keçmiş baş nazirin müavini və iqtisadiyyat naziri  Ali Babacan payızın sonlarına doğru elan edəcəyi gözlənilir.

Digər partiyanı isə keçmiş baş nazir və AKP-nin sədri olmuş Ahmet Davudoğlu yaradacağı deyilir.

Ankara siyasi kulislərində gəzən söhbətlərə görə, hər partiyaya AKP sıralarından 30-40 millət vəkilinin də qoşulacaq. Belə bir hal baş verərsə, AKP parlamentdəki səs çoxluğunu itirə və Türkiyədə tamam yeni siyasi situasiya yarana bilər.

AKP-dəki mənbənin agentliyə açıqlamasına görə, əgər hazırlıqlar planlaşdırıldığı kimi davam edərsə, Davudoğlunun yaradacağı partiya avqust ayında, Babacanın yaradacağı partiya isə payızda elan ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun