Ağstafada 'Kalaşnikov' avtomatla 8 nəfər güllələnib - 4 nəfər ölüb

Ağstafada 'Kalaşnikov' avtomatla 8 nəfər güllələnib - 4 nəfər ölüb
17 İyun 2019
Mətni dəyiş

Bu gün, iyunun 17-də Ağstafa rayonu Böyük Kəsik kəndində təsərüfat malları bazarında 4 nəfərin güllələnərək qətlə yetirildiyi, 4 nəfərin isə ağır yaralandığı hadisə baş verib.

Məlumata görə, hadisəni Ağstafa rayonu Sadıxlı kənd sakini Elnur Süleymanov şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədib. 1994-cü il təvəllüdlü E.Süleymanov hadisə zamanı “Kalaşnikov” markalı avtomatdan istifadə edib .

Hadisə nəticəsində, 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənov yaralanıb və Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Şərqiyyə Musayeva, övladları  - Şəmiddin Musayev, Novruz Musayev və satıcı Zeynəb Cəlilova hadisə yerində keçiniblər.

Məlumata görə, hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağstafada baş verən ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Rəsmi məlumatda deyilir ki, hadisə iyunun 17-də səhər saat 8 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında verib. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 3 nəfərin isə ağır bədən xəsarətləri aldığı qeyd edilir.

Rəsmi qurumlar bildirir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hadisəni törədən E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub", - deyə açıqlamada deyilir.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun