Əbülfəz Elçibəyin xanımı Kələkidə dəfn olunub

Əbülfəz Elçibəyin xanımı Kələkidə dəfn olunub
16 İyun 2019
Mətni dəyiş

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 15-də Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb. Cənazə Azərbaycan bayrağına bürünüb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.

Bununla yanaşı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Məlumata gör, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Türkiyədən də başsağlıqları verilib. İYİ Partiyanın lideri Meral Akşener Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə əlaqədar başsağlığı verib:

"Türk dünyasının birləşəməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparmış, rəhmətlik böyüyüm Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı ititrməyin təsəvvür edilməz kədərini yaşayıram. Rəbbim məkanını cənnət eləsin".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun