Volkswagen elektrikli avtomobil bazarına 20 yeni maşınla girəcəyini bəyan edib

Volkswagen elektrikli avtomobil bazarına 20 yeni maşınla girəcəyini bəyan edib
10 May 2019
Mətni dəyiş
Alman avtomobil istehsalçısı nəhəngi Volkswagen (VW) elektrikli maşınlar istehsal etmək üçün 34 milyard dollar ayırdığını bildirib. Bu haqda "Reuters" agentliyi məlumat yayıb. Elon Musk-ın Tesla markasından sonra onun ən böyük rəqibi olmağa hazırlaşan Volkswagen yeni nəsil elektrikli maşınlarını tanıtmağa və ilk sifarişlərini almağa başlayıb. İlk çıxacaq elektrikli Volkswagen maşının adı ID.3 Hatcbackdır. Bu maşını tanıdan Juergen Stackmann 2020-ci ildə satışa çıxarılacaq maşının son vəziyyətinin daha da mükəmməlləşdiriləcəyini bildirib. O jurnalistlərə deyib ki, "Biz elektriklə işləyən maşınlar sahəsində kiçik brend deyilik. Yeni çıxacaq modelimizlə satışdakı bütün elektrikli maşınların bazarını öldürəcəyik". Stackmann yeni maşınları üçün ilkin ödəniş üçün 1000 avro alacaqlarını və maşınların 30 min avrodan da ucuz olacağını bildirib. Volkswagen 20 yeni elektirkli maşın modeli istehsal edəcəyini və ümumən 1 milyon ədəd buraxacağını bəyan edib. Volkswagen maşınları dolu batareya ilə 420 km və 330 km gedəcək  versiyalara bölünəcək və ən üst modellə bir dəfə doldurulmuş batareya ilə 550 km getmək mümkün olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun