Vəkil qanunsuz olaraq cəzaçəkmə müəssisəsinə müvəkkili ilə görüşə buraxılmadığını deyir

Vəkil qanunsuz olaraq cəzaçəkmə müəssisəsinə müvəkkili ilə görüşə buraxılmadığını deyir
29 May 2019
Mətni dəyiş
2019-cu ilin yanvar ayından başlayaraq vəkil Şəhla Hümbətovanın cəzaçəkmə müəssisələrinə getməsinə maneələr yaradılır. Bu barədə o, Turan-a müsahibəsində bildirib. Vəkil qeyd edib ki, məhdudiyyət bütün cəzaçəkmə müəssisələrinə aid deyil, ən çox 12 və 15 saylı koloniyalarda belə hallarla rastlaşır. "Həmin müəssisələrdə lazımsız sənədlər tələb edirlər. Baxmayaraq ki, tələb qanunvericiliyə uyğun deyil, əməl edirəm. Bu dəfə də başqa bir məktub tələb edirlər. Həmin məktubu da gətirirəm, yenə başqa sənəd istəyirlər ", - Ş.Hümbətova bildirib. Fevral və mart aylarında onu iki dəfə 5 saylı koloniyaya buraxmayıblar. Ş.Hümbətova qeyd edir ki, 2019-cu ilin yanvarına qədər cəzaçəkmə müəssisələrinə baş çəkməsinə bağlı problem olmayıb. Vəkil ona qarşı tətbiq edilən məhdudiyyəti barəsində yeni ittiham irəli sürülmüş bloger Mehman Hüseynovun hüquqlarının müdafiəsində tutduğu prinsipial mövqeyi ilə əlaqələndirib. Vəkil məhbusun aclıq etməsi və hüquqlarının pozulması faktlarını açıqlayıb. Hüseynovun məsələsi ölkədə və xaricdə böyük rezonans doğurub, Avropa Parlamenti xüsusi qətnamə qəbul edib. Bundan sonra işə xitam verilib və M.Hüseynov birinci iş üzrə cəzasını çəkərək martda azadlığa çıxıb. Görünür, prinsipial mövqeyinə və öz işini vicdanla yerinə yetirdiyinə görə indi vəkillə haqq-hesab çəkirlər. Ş.Hümbətova məsələ ilə bağlı Vəkillər Kollegiyasına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və ombudsman aparatına şikayət göndərib, ancaq heç bir reaksiya yoxdur. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun